- "Gəl bizə"
- Mahnının mətni
- Not yazısı
Mətn, musiqi və vokal.
İfa edir: Fədayə Laçin
Mətn və musiqi
I
Ay dağlar, səndə gözüm var,
Ay məndə dərdə dözüm var.
Ay dağlar, səndə gözüm var,
Ay məndə dərdə dözüm var.
Xəbər verin yar gəlsin,
Ay ürəyimdə sözüm var.
Xəbər verin yar gəlsin,
Ay ürəyimdə sözüm var.
Nəqarət:
Gəl bizə, gəl bizə, gəl bizə, yar,
Qurbanam o qaş-gözə, yar.
Gəl bizə, gəl bizə, gəl bizə, yar,
Qurbanam o qaş-gözə, yar.
II
Ay mən aşiqəm, Gəncə var,
Ay Şəki, Şirvan, Gəncə var.
Ay mən aşiqəm, Gəncə var,
Ay Şəki, Şirvan, Gəncə var.
Yar yardan ayrılsa da,
Ay məhəbbət ölüncə var.
Yar yardan ayrılsa da,
Ay məhəbbət ölüncə var.
Nəqarət:
Gəl bizə, gəl bizə, gəl bizə, yar,
Qurbanam o qaş-gözə, yar.
Gəl bizə, gəl bizə, gəl bizə, yar,
Qurbanam o qaş-gözə, yar.
Gəl bizə, gəl bizə, gəl bizə, yar,
Qurbanam o qaş-gözə, yar.